Surprise Me!

Hicr surəsinin 1-15-ci ayələrinin təfsiri

2015-07-02 2 Dailymotion

Hörmətli Adnan Oktarın 26 noyabr 2010-ci il tarixli reportajından Hicr surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Yaxşı, bismillah, Hicr surəsini açmısınız. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. "Əlif, Ləm, Ra. Bunlar, Kitabın və açıq-aydın olan Quranın ayələridir". Quran necəymiş, məgər o başa düşülməyən bir kitab imiş?.

ALTUĞ BERKER: Açıq-aydındır.

ADNAN OKTAR: "Açıq-aydındır" deyir. Müşriklərə və münafiqlərə, kələkbazlara və manyaklara görə Quran necə bir kitab imiş?. Guya açıq-aydın kitab deyilmiş. Anlaşılmazmış, aydın deyilmiş. Divara asmalısan ki, dursun. Bax, Allah da: "Açıq-aydındır" deyir. Biz Allaha inanırıq. Allahın dediyi doğrudur. Buna görə də; "mənə vəhy gəldi" deyib, əlavələr etmək də sarsaqlıqdır, manyaklıqdır. Xurafatlar əlavə etmək də sarsaqlıqdır, manyaklıqdır, inşaAllah. "Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar". Yəni Allah: "Əbədi bir peşmançılıq çəkəcəklər&