ADNAN OKTAR: "Rəhman və Rəhim olan Allahın adı ilə." Şeytandan Allaha sığınıram. "Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur."
"Həqiqətən, Biz Kövsəri sənə bağışladıq"-deyir Allah, ayənin əbcədi 1453 tarixini verir, inşaAllah. İstanbulun maddi və mənəvi fəthidir. Maddi fəthi 1453-cü ildədir. Mənəvi fəthi, tam dünya hakimiyyəti nə vaxtdır? Ona işarə edir, inşaAllah. Hicri 1453-cü il. “Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!” Yəni Allah üçün et. "Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur." Peyğəmbərimiz (s.ə.v)-in nəsli kəsildi deyə, münafiqlər hz. İbrahim (r.ə), vəfat etdiyində çox sevinmişdilər, halbuki Peyğəmbərimiz (s.ə.v)-in soyu qızından davam etdi. "Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur”-deyir Allah T